Yazını böyüt
Yazını kiçilt
Macarıstanın baş naziri Viktor Orban korrupsiya qalmaqalının alovlanması ilə əlaqədar Avropa Parlamentini ləğv etməyi təklif edib. Müvafiq müraciətlə o, Twitter hesabında çıxış edib.
Orban "Avropa Parlamentinin antikorrupsiya tədbirlərinin uğursuzluqla nəticələndiyini" bildirib.
"Əgər biz ictimai etimadı bərpa etmək istəyiriksə, Avropa Parlamentini ləğv etməyin vaxtı çatıb" deyə o yazıb.
Həll yolu kimi Orban daha sonra “milli deputatlardan ibarət yeni Avropa Parlamentinin” yaradılmasını təklif edib. O, əmindir ki, bu, “daha çox nəzarət, hesabatlılıq və inamı təmin edir”.