Ordumuzun mövqeləri atəşə tutulub - MN

21:38 30.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 30-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Zoğallı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.