Ordumuzun polkovnik-leytenantı vəfat etdi

14:59 17.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda polkovnik-leytenant vəfat edib.

 

Hafta.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. 

 

Məlumata görə,  Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Ramin Ələkbərov dekabrın 16-da gecə saatlarında ağciyər arteriyasının tromb emboliyasından vəfat edib.

 

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən zabitin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Siyasət rubrikasından digər xəbərlər