Ötən gün 38 kiloqramdan çox narkotik aşkarlanıb

10:22 05.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 4-də ölkə ərazisində 38 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 6,6 kiloqrama yaxın heroin, 27,3 kiloqramdan çox marixuana, 3,1 kiloqramdan çox tiryək, 1 kiloqramdan çox metamfetamin, həmçinin 5000 ədəd metadon həbi olub.