Ötən günün yol qəzaları - 5 nəfər ölüb

09:39 10.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün baş verən yol qəzaları ilə bağlı statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.