Ötən həftə 87 hektar ərazi minalardan təmizlənib

11:49 14.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.

ANAMA-dan hfta.az-a bildirilib ki, martın 7-dən 13-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 7 piyada əleyhinə mina, 27 tank əleyhinə mina və 82 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 86,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.