Ötən il “AzerGold”un məşğulluq göstəriciləri artıb

12:47 02.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2023-cü ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hasilat və emal işlərini davam etdirdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda məşğulluğun səviyyəsi xeyli artıb.

Hafta.az-ın yazdığına görə, hesabat ilində “AzerGold” və onun törəmə şirkətlərində - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də çalışan əməkdaşların sayı ümumilikdə 163 faiz artaraq 989 nəfər (“AzerGold” QSC-də 693 nəfər, törəmə şirkətlərdə 296 nəfər) təşkil edib.

Əməkdaşların 52 faizi (515nəfər) ölkəmizin regionlarını, xüsusilə Gəncə, Daşkəsən və Göygöl rayonlarını təmsil edir.

Səhmdar Cəmiyyətin fəaliyyəti nəticəsində podratçı şirkətlərlə bərabər 2 min nəfərdən çox insan üçün daimi iş yeri yaradılıb.