Ötən il dünyada edam olunanların sayı 20 faiz artıb

14:17 24.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ildə 18 ölkədə 579 nəfər edam olunub.

Hafta.az-ın məlumatına görə, bu barədə "Amnesty International" təşkilatının hesabatında deyilir.

Bu göstərici 2020-ci illə müqayisədə 20 faiz artıb. Hesabata əsasən, 2020-ci ildə 483 nəfər edam olunmuşdu.

Eyni zamanda ötən il dünyada edam hökmünün verilməsi də artıb. Belə ki, 2021-ci ildə 56 ölkədə 2 052 edam hökmü verilib ki, bu da 2020-ci illə müqayisədə 40 faiz çoxdur.

Təşkilat bildirir ki, ötən il Qazaxıstan, Syerra-Leone, Papua-Yeni Qvineya, Malayziya, Mərkəzi Afrika Respublikası və Qanada ölüm cəzaları ləğv edilib.

Oxunma sayı 138