Ötən il ərəb ölkələrinə 71,7 milyard dollar sərmayə qoyulub

10:34 24.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

BMT-nin Ticarət və İnkişaf Təşkilatının 2024-cü ilin iyun ayında dərc edilmiş hesabatına əsasən, 2023-cü ildə 13 ərəb ölkəsi ümumilikdə 71,7 milyard dollarlıq birbaşa xarici investisiya axını cəlb edib.

Hafta.az-ın yazdığına görə, 30,688 milyard dollarlıq birbaşa xarici investisiya həcmi ilə BƏƏ 42,8 faiz payla ərəb dünyasında birinci, dünya miqyasında isə 11-ci yeri tutaraq 2023-cü ildə qlobal səviyyədə rəqabətədavamlı liderliyini qoruyub.

Səudiyyə Ərəbistanı Krallığı 12,319 milyard dollarlıq birbaşa xarici investisiyada 17,18 faiz payla ərəb dünyasında ikinci yerdədir.

BMT-nin hesabatına görə, 2023-cü ildə qlobal investisiyalar 2 faiz azalaraq 1,3 trilyon dollara düşüb. Bununla belə, əksər ərəb ölkələri güclü artım qeyd etməklə bu qlobal tendensiyaya qarşı çıxıblar.

Ərəb dünyasında üçüncü yeri 9,841 milyard dollarla (13,72 faiz) Misir, 6,840 milyard dollarla (9,54 faiz) Bəhreyn, 4,745 milyard dollarla Oman (6,61 faiz) və 2,113 milyard dollarla (2 faiz) Küveyt tutur.

Yeddinci yeri 1,216 milyard dollar (1,7 faiz) ilə Əlcəzair, 1,095 milyard dollar (1,52 faiz) ilə Mərakeş, 843 milyon dollarla (1,18 faiz) İordaniya və 768 milyon dollarla (1,18 faiz) Tunis izləyir.

Livan 655 milyon dollar sərmayə ilə on ikinci, 548 milyon dollar sərmayə ilə Sudan və 35 milyon dollar sərmayə ilə Fələstin üçüncü yerdədir.