“Ötən il müqavilələr pozulduğu üçün zəvvarlara 160 milyon rial qaytarılıb” - Nazir

10:17 23.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Həcc və Ümrə naziri doktor Tovfiq əl-Rabiah bildirib ki, həcc xidməti göstərən şirkətlər tərəfindən müqavilələrin pozulması səbəbindən son Həcc mövsümündə zəvvarlara 160 milyon rialdan çox vəsait geri qaytarılıb.

Hafta.az-ın yazdığına görə, nazirliyin Həcc hazırlıqları və tədbirləri haqqında məlumat vermək üçün mətbuat konfransında danışan əl-Rabiah, rəhbərlik etdiyi qurumun Həcc müqavilələrinin müddəalarını yerinə yetirməyən hər hansı şirkətə qarşı cəza tətbiq etməkdən çəkinməyəcəyini söyləyib.

“Çox sayda müşahidəçi razılaşdırılmış paketlərin icrasını izləyir və imzalanmış müqavilələrin tətbiqinə əməl etməyən istənilən şirkətə qarşı cərimələr tətbiq olunacaq. Biz təkcə cəzalara baxmırıq, həm də təşviqlərə əhəmiyyət veririk və gözləntiləri üstələyən xidmətlər göstərən istənilən şirkəti motivasiya etmək, şərəfləndirmək üçün çalışırıq və məmnunluq səviyyələrini ölçmək üçün mexanizmlərimiz var", - nazir deyib.

Əl-Rabiah builki Həcc ziyarətinin erkən planlaşdırılması və hazırlığı, habelə zəvvarın səyahətini asanlaşdırmaq üçün elektron xidmətlər, Həcc ziyarətinin təşkilində yeni inkişaflar və ümrə zəvvarlarının gəlişini təmin edən imkanları nəzərdən keçirib.

Nazir vurğulayıb ki, bu il daha da səmərəliliyi təmin etmək üçün ilk dəfə virtual Həcc təcrübələri həyata keçirilib. O, bu Həcc ziyarətinin zəvvarların sayının pandemiyadan əvvəlki dövrə qayıtmasının şahidi olacağına və yaş məhdudiyyətinin götürüləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, Həcc xidmətlərinin qiymətlərində 39 faiz ucuzlaşma müşahidə olunub. İqtisadiyyat paketindən 1,4 milyon zəvvarın faydalandığını deyən nazir rəqabətin keyfiyyətin artırılmasına və qiymətlərin aşağı düşməsinə töhfə verdiyini bildirib.

Əl-Rabiah qeyd edib ki, Avropa, Amerika və Avstraliyanın 58 ölkəsindən olan zəvvarlara yeddi dildə vahid platforma vasitəsilə onlayn müraciət etməyə icazə verilib, bununla yanaşı, daha aşağı qiymətlər üstünlüyü ilə uyğun paketi seçmək imkanı var.

Nazir mövcud xidmətlər və əhatə dairəsi dəyişdirilmədən kompleks sığorta xərclərinin 235 rial-dan 88 riala endiyini qeyd edib. O vurğulayıb ki, zəvvarların gəlişinin asanlaşdırılması istiqamətində baş verən inkişaflar onların sayının əvvəllər əldə edilmiş ən yüksək rəqəmdən 30 faiz artmasıdır. Bildirib ki, bu say önümüzdəki illərdə daha da artacaq, ümrə vizasının müddəti əvvəlki 30 gündən 90 günədək uzadılacaq.

Əl-Rabiah bildirib ki, Krallıq Allahın qonaqlarına xidmət etmək üçün yüz milyardlarla riyal xərcləyib. “Müqəddəs yerlər arasında gediş-gəlişin rahatlığını təmin etmək üçün zəvvarların Həcc şirkətləri ilə göndərilməsi prosesini təşkil etmək üçün aydın və əlaqələndirilmiş plan hazırlamışıq”, - o əlavə edib.