2023-cü il turizm məlumatlarını qiymətləndirmək, gələcək dövr üçün gözlənti və hədəfləri bölüşmək üçün mətbuat mənsubları ilə görüşən Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ersoy, Türkiyənin 2023-cü ildə 10 faiz artımla 56,7 milyon turist qəbul etdiyini deyib.
Hafta.az-ın yazdığına görə, Türkiyəyə ən çox turist göndərən ölkənin 6,3 milyon nəfərlə Rusiya olduğunu deyən Ersoy, 6,2 milyon ziyarətçinin Almaniyadan, 3,8 milyon ziyarətçinin isə İngiltərədən gəldiyini bildirib.
2023-cü ildə orta gecələmənin 5 faiz azalaraq 10,3-dən 9,8-ə düşdüyünü qeyd edən Ersoy, “Adambaşına düşən gecələmə xərcləri yüzdə 12 artaraq 89 dollardan 99 dollara, bir turistə düşən orta xərclər 5 faiz artaraq 905 dollardan 952 dollara yüksəlib” deyib.
Türkiyənin 2023-cü ildə ümumi turizm gəlirinin 2022-ci ilə nisbətən 17 faiz artaraq 46,5 milyard dollardan 54,3 milyard dollara yüksəldiyini qeyd edən Ersoy, 2024-cü il hədəfləri ilə bağlı bunları söyləyib: “2024-cü ildə 60 milyon turist və 60 milyard turizm gəliri əldə etməyi hədəfləyirik. Gələn il biz adambaşına düşən gecə xərclərinin 106 dollara qədər artacağını, orta gecələmənin isə bir qədər azalaraq 9,7 gecəyə düşəcəyini gözləyirik”.