Yazını böyüt
Yazını kiçilt
Özbəkistanla Əfqanıstan arasında ticarət dövriyyəsi 2025-ci ildə 53 faiz artaraq 1,5 milyard dollara çatıb.
Hafta.az yazır ki, bu barədə Özbəkistan Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, hazırda iki ölkə arasında sərhəd gömrük məntəqələrindən keçən vətəndaşların sayı 1,5 dəfə, nəqliyyat vasitələrinin hərəkəti 36 faiz, yük vaqonlarının sayı isə 13 faiz artıb.
Artan trafikin öhdəsindən gəlmək üçün nəzarət məntəqələrinin elektron formata keçirilməsi planlaşdırılır. Gömrük işçiləri yük sərhədə çatmazdan əvvəl onlar haqqında məlumat mübadiləsinə başlayacaqlar.
Bundan əlavə, Özbəkistandan olan mütəxəssislər əfqan həmkarlarına malların düzgün yoxlanılması ilə bağlı pulsuz təlim keçəcəklər.