İlin əvvəlindən Özbəkistanın beynəlxalq valyuta aktivlərinin dəyəri 2,37 milyard dollar azalıb.
Hafta.az “Kazinform”a istinadən yazır ki, Özbəkistan Mərkəzi Bankının məlumatına əsasən, martın 1-nə rəsmi ehtiyat aktivləri yanvar-fevral aylarında 2,37 milyard dollar azalaraq 34,56 milyard dollardan 32,19 milyard dollara enib.
Maliyyə tənzimləyicisi qeyd edib ki, vəziyyətə əsasən xarici valyuta aktivlərinin azalması təsir edib və bu, 1,8 milyard dollar azalaraq 7,54 milyard dollar təşkil edib.
535,4 milyon dollar ucuzlaşan qızıl ehtiyatlarının dəyərində də 24,63 milyard dollardan 24,09 milyard dollara qədər azalma var. Eyni zamanda qızılın fiziki həcmi dəyişməyərək 11,9 milyon troy unsiya təşkil edib.
“Beynəlxalq ehtiyatların həcmində ilin əvvəli ilə müqayisədə dəyişikliklər mövsümi xarakter daşıyır və adətən yanvar-fevral aylarında müşahidə olunan tendensiyanı əks etdirir. Bu dinamikaya 2019-cu ildə dövriyyəyə buraxılmış suveren avrobondların bir hissəsinin ödənilməsi də təsir edib”, - Özbəkistan Mərkəzi Bankının şərhində deyilir.