Özəl sektorda çalışanlara şad xəbər – GƏLƏN İLDƏ DƏ...

15:44 22.11.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan qanunvericiliyinə əsasən, gəlir vergisindən 7 il müddətinə güzəştlər tətbiq olunub.

Bu fikirləri hafta.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib:

Onun sözlərinə görə, praktiki olaraq bu gün qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlar əməkhaqlarından vergi ödəmirlər.

Bu 2022-ci ildə də davam edəcək və özəl, eləcə də qeyri-neft sektorunda çalışanlar əməkhaqlarından gəlir vergisi ödəməyəcəklər:

“Bu da əslində bir tərəfdən həm əməkhaqlarının məbləginə təsir göstərən faktorlardan biridir, həm də qeyri-leqal məşğulluğun rəsmiləşdirilməsi baxımdan vacibdir. 

Nəticədə burada əsas məsələlərdən biri həm gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi, eləcə də vətəndaşların əmək müqaviləsi ilə işləməyə təşviq olunmasıdır. Bu zaman praktiki olaraq vətəndaşlar vergi ödəmədiyi üçün onların əməkhaqları azalmır. Bu qayda növbəti ildə də davam edəcək”.