Dünən gecə saatlarında İstanbulun Küçükçəkməcə rayonunda aparılan tikinti işləri zamanı istinad divarının çatlaması nəticəsində, qonşuluqda yerləşən özəl universitet binasının qismən çökməsi baş verib.

Hafta.az-ın yazdığına görə, çökmə ilə əlaqədar hadisə yerinə çox sayda xilasedici qruplar, təcili tibbi yardım heyəti və polis gəlib. Ətrafda təhlükəsizlik tədbirləri görən qruplar, tikinti sahəsində araşdırmalarını davam etdirib. Bələdiyyə nümayəndələrinin araşdırmaları nəticəsində ətrafdakı binalara baxış keçirən qruplar altı binanı - 128 mənzil və əlavə olaraq tələbə yataqxanasını təxliyyə edib.

Qonşu binada yaşayan sakinlərdən Kaan Enes Yıldız “Axşam evdəydik, birdən səs gəldi. Zəlzələ olduğunu düşündük və hamımız eyvana axışdıq. Aşağıdakı restorandan adamlar küçəyə qaçırdılar. Biz də həyətə endik. Sonradan hamımızı mehmanxanalara yerləşdirdilər. Amma evlərimizə heç nə olmayıb, sadəcə narahatlıq aradan qaldırılınca bizə evə dönmək yasaqlanıb" deyib.