Özünü ov tüfəngi ilə yaraladı

11:46 06.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qax rayon sakini 46 yaşlı Rasim Məmmədov Baydarlı kəndi ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, o, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Ondan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.