Pakistan nefti Çin yuanı ilə almaq istəyir

09:45 11.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistan Rusiyadan almaq istədiyi xam neft üçün Moskvaya ödənişi Çin yuanı ilə etmək niyyətindədir.

Hafta.az-ın “Bloomberg”ə istinadən yazdığına görə, agentliyə açıqlama verən Pakistanın energetika naziri Hürrəm Dəstgir Xan bildirib ki, sifarişlərin ilk partiyasını dollarla ödəyiblər, lakin uzunmüddətli alış-veriş üçün yuandan istifadə etmək istəyirlər.

Qeyd edək ki, bölgədə Hindistanla rəqabət aparan Pakistanın Çinlə sıx əlaqələri mövcuddur.

Agentlik başqa bir xəbərdə isə Rusiyadan Pakistana göndərilən neftin həcminin rekor həddə çatdığını bildirir. Belə ki, son dörd həftədə nəql edilən xam neftin miqdarı 3,55 milyon barrel olaraq açıqlanıb.