Pakistan prezidenti ikinci dəfə koronavirusa yoluxub

09:00 07.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ötən ilin martında koronavirusa yaxalanan Pakistan prezidenti Arif Alvidən götürülən testin nəticəsi yenidən pozitivf çıxıb.

Hafta.az-ın yazdığına görə, bu barədə dövlət başçısı Alvi şəxsi twitter hesabında yazıb. Prezident yazıb ki, ikinci dəfə COVİD-19-a yoluxub, amma vətəndaşların özlərini mümkün qədər qoruyaraq bu xəstəliyə yoluxmamasını arzulayır. 

Xatırladaq ki, dünənə olan məlumata əsasən, indiyədək Pakistanda 1,3 milyon nəfərdən çox insan koronavirusa yoluxub, onlardan 28961 nəfəri vəfat edib.

Siyasət rubrikasından digər xəbərlər