Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva bölgəsində yerləşən bir həbsxanadakı məhbuslar qiyam qaldıraraq təhlükəsizlik qüvvələrini girov götürüblər.
Hafta.az-ın yazdığına görə, məhbuslar bazar günü Xayber-Paxtunxvanın Bannu əyalətindəki “antiterror polisi saxlama mərkəzini” nəzarətə götürüb və mühafizəçiləri hələ də məhbus saxlayırlar. İğtişaş törədən məhbusların "Pakistan Talibanı" adlandırılan TTP-nin üzvləri olduğu bildirilir.
Xəbərlərə görə, məhbuslar sorğu-sual zamanı polisin silahlarını ala bilib və bir çox məhbusu sərbəst buraxıblar.
Pakistan təhlükəsizlik qüvvələrini girov götürən məhbusların Vəziristana təhlükəsiz şəkildə keçidinə icazə verilməsi tələb edilib. Qeyd olunub ki, məhbusların təhlükəsiz təxliyəsi təmin edilmədiyi təqdirdə, girov götürülmüş təhlükəsizlik qüvvələrinin əməkdaşlarını öldürəcəkləri ilə hədələyiblər.
TTP sözçüsü Məhəmməd Xorasani də qeyd edib ki, girovların Vəziristan bölgəsinə keçməsinə icazə verilməsi istənilib, "əks halda baş verəcəklərdən Pakistan ordusu cavabdeh olacaq". Lakin o, hücumun Əfqanıstanla əlaqəli olmasına dair iddiaları təkzib edib.
Qeyd edək ki, Pakistan xüsusi təyinatlıları girov böhranından sonra təhlükəsizlik tədbirlərinin yüksək olduğu bildirilən mərkəzi mühasirəyə alıb. Mühasirədən sonra mərkəzi nəzarəti ələ keçirməyə çalışan məhbuslarla Pakistan qüvvələri arasında baş verən qarşıdurmada ən azı 2 polis məmurunun öldürüldüyü, bir Pakistan ordusunun əsgəri də daxil olmaqla çox sayda Pakistan təhlükəsizlik qüvvələri mənsubunun yaralandığı bildirilib. Digər tərəfdən də, Pakistan rəhbərliyi ilə həbsxanaya nəzarəti ələ keçirən məhbuslar arasında danışıqların davam etdiyini deyilir.
Son məlumata əsasən, Pakistan rəsmiləri məhbusların tələblərini rədd edib və tərəflər arasında aparılan danışıqlarda irəliləyiş əldə olunmayıb.