Yazını böyüt
Yazını kiçilt
BFMTV-nin məlumatına görə, Parisdə atışma nəticəsində iki nəfər ölüb. Hücum Parisin 10-cu rayonunda, Rue Angien küçəsindəki kürd mədəniyyət mərkəzinin yaxınlığında baş verib.
Daha 4 nəfərin yaralandığı, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Polisin ilkin məlumatlarına görə, hadisəni törədən şəxs təkbaşına hərəkət edib. O, həbs edilib və polis onun motivlərini araşdırır.
Daha əvvəl altı yaralının olduğu bildirilirdi.