Partlayışda xəsarət alan həkim öldü

22:11 05.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirli dünyasını dəyişib.

Hafta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, aprelin 30-da Mübariz Əliyev adlı pasiyent Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış törədib. Nəticədə o, hadisə yerində ölüb, həkim-radioloq Asif Nəsirli isə ağır yaralanmışdı.