Paşinyan hakimiyyətini gücləndirməyə çalışır - Açıqlama

18:10 28.11.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Görünür, əvvəla, Paşinyan özünü gündəmdə saxlamaq üçün əlinin altında olan hər üslubdan istifadə edir. İkincisi, dəyişdirlən məmurlar əsasən güc strukturlarına aiddir. Bu da yəqin ki, yay aylarında revanşist, irqçi din xadimi, keşiş Baqrat Qalstanyanın başçılığıyla Rusiyameyilli sayılan müxalifətin etirazları zamanı həmin məmurlar tərəfindən hansısa narahatedici davranışların müşahidə olunmasıyla bağlıdır”.

Bunu hafta.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov “Son vaxtlar Ermənistan baş naziri Nikol Paşinyan gözlənilməz və radikal görünən gedişlər edir;  6 ildir formalaşmış imicinə qəfil dəyişiklik edir- saqqalını qırxır və ardınca ciddi kadr dəyişikliklərinə baş vurur. Sizcə, bunun səbəbi nədir?” sualını cavablandırarkən söyləyib.

“Əlbəttə, hər bir ölkə lideri kimi Paşinyan da öz hakimiyyətinin gücləndirməyə çalışır. Yoxsa, Ermənistandakı 2018-ci il “inqilabı”ndan sonra hər bir rəhbər məmur öz sahəsində, özü üçün bir güc mərkəzi yaratmağa çalışırdı... Əlbəttə, ilkin mərhələdə demokratik prinsiplərə uyğun olaraq kadr siyasətində müəyyən sərbəstliyə yol vermək mümkündür. Amma hakimiyyəti əldə saxlamaq üçün mərkəzləşmədən başqa ayrı üslub yoxdur.  Və saqqal qırxmaq da, bəzi rəhbər məmurları işdən çıxarmaq və dəyişmək də hamısı bu məqsədə xidmət edir- hakimiyyəti gücləndirmək”, -deyə davamında diplomat vurğulayıb.