Paşinyan hökumətin iclasını çağırıb

13:46 23.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan hökumətinin növbəti iclası avqustun 24-də keçiriləcək.

Hafta.az xəbər verir ki, bu barədə “Armenpress” Nazirlər Kabinetinə istinadən məlumat yayıb.

Nazirlər Kabinetindəki mənbənin bildirdiyinə görə, iclas baş nazir Nikol Paşinyanın sədrliyilə keçiriləcək. İclasda Ermənistan-Azərbaycan münasibətlərinə dair son hadisələrə də toxunulacağı gözlənilir.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, yaxın günlərdə "Laçın dəhlizi" boyunca yerləşən Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəızarətinə keçəcək.