Koronavirus pandemiyasının dünyanın bir çox dövlətlərinin iqtisadiyyatlarına mənfi təsir göstərdiyi heç kimə sirr deyil. Təbii ki, iqtisadi kiçilmə iş yerlərinin sayına da təsirsiz ötüşmür. İstər Azərbaycan olsun, istərsə də dünyanın ən inkişaf etmiş dövlətləri sayılan ABŞ, Britaniya, Fransa və s. hər kəs bu mənfi təsirləri açıq şəkildə etiraf edir. Qarşıdan gələn müddət ərzində təsirlərin minimuma endirilməsi üçün alternativ tədbirləri açıqlayırlar.
Yalnız Ermənistan baş naziri pandemiyanın təsiri ilə bərbad vəziyyətə düşən iqtisadiyyatları barədə reallıqdan uzaq, daxili auditoriyanın diqqətini sosial problemlərdən kənarlaşdırmaq üçün şişirdilmiş rəqəmləri səsləndirir.
Öz köhnə ampulasına qayıdan Paşinyan Ermənistanın sosial iqtisadi həyatı ilə bağlı "möhtəşəm göstəriciləri" açıqlamağa başlayıb. Ermənistan mətbuatı da bildirir ki, baş nazirin açıqladığı statistik göstəricilər həqiqətən də heyranedicidir - lakin reallıqla tamamilə ziddiyyət təşkil etməsi ilə.
Paşinyanın ən sevimli sahələrindən biri əmək bazarıdır. Bu səbəbdən o, facebook səhifəsində bu sahə ilə bağlı iki status paylaşıb. İlk status çox qısa idi. Baş nazir iddia edir ki, "tibbi və iqtisadi sahədə tələbatların balanslaşdırılması siyasəti konkret nəticələr" verir. İkinci statusda rəqəmlər bir qədər daha çoxdur. Paşinyan iddia edir ki, apreldə hökumətin "iş yerlərinin saxlanılması və ya bağlanmaması, məvaciblərin azalmaması üçün atdığı antibhöhran addımlar" baş nazirə müsbət qənaətə gəlməyə əsas verib.
"Ermənistanın səsi"nin məlumatına görə, Paşinyan iddia edir ki, bu ilin iyun ayının statistikasına əsasən ölkə üzrə məvacib alan insanların sayı 613 min nəfər təşkil edib. İyunda bu göstərici 610,3 min nəfər olub. Keçən ilin uyulunda isə Ermənistanda məvacib alan insanların sayı 607 min təkil edib. Yəni Paşinyanın açıqladğı rəqəmlərə əsasən iş yerlərinin sayı iyun ilə müqayisədə iyulda 3 min keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 6 min artıb.
Təəccüblü məqam ondan ibarətdir ki, Paşinyanın bu rəqəmlərlə bağlı özünün rəsmi mənbələri var. Ermənistan Dövlət Statistika İdarəsinin məlumatına əsasən isə iyunda məvacib alan işçilərin sayı Paşinyan iddia etdiyi qədər yox, 632704 nəfər olub. İyulda bu rəqəmin 613 min nəfər olduğu nəzərə alındıqda deməli iş yerlərinin sayı bir ayda 20 min nəfər azalıb.
Özünün növbəti statusunda Paşinyan iyul ayında orta aylıq məvacibin 207 min 795 dram, iyunda isə 198 min 335 dram olduğunu söyləyir. Lakin statistika komitəsinin məlumatlarında iyunda orta aylıq əməkhaqqının 182 min 200 dram olduğu qeyd edilir.
Erməni ekspertlər də bildirir ki, pandemiya ilə bağlı yaşanan böhran şəraitində, dünya iqtisadiyyatının tamamilə tənəzzül yaşadığı bir zamanda Ermənistanda iş yerlərin sayının artması, orta aylıq əməkhaqqının yüksəlməsi ilə bağlı baş naziin tezisləri çox gülməli və qəribədir.
Gəlin daha bir neçə maraqlı statistiaya nəzər salaq. Bu ilin ilk yarısında keçən illə müqayisədə Ermənistanda iqtisadi aktivlik rəsmi məlumatlara əsasən 4,7 faiz aşağı düşüb (Müstəqil dəyərləndirmələrə əsasən bu göstərici ən azı 15-20 faiz civarındadır). İqtisadi fəallıqda azalma daha çox insanların məşğul olduğu sahələri əhatələyir. Buraya tikinti - hansı ki 23.4 faiz azalma, ticarət - 11.1 faiz azalma və xidmət sahəsi - 6,4 faiz azalma - daxildir. İqtisadiyat nazirinin açıqlamalarına görə, tək turizm sahəsi 90 faiz dövriyyəsini itirib.
Siyasilər də bildirirlər ki, bütün bu rəsmi rəqəmlərin fonunda Paşinyanın inkişafla bağlı növbəti sərsəmləmələri onun hökumətinin "daha effektli fəaliyyət" göstərdiyini sübut etməyə hesablanıb.