Paşinyanın Putinin andiçmə mərasimində iştirakı yenə də cavabsız qaldı

18:31 16.04.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan hökuməti baş nazir Nikol Paşinyanın mayın 7-də Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak edib-etməyəcəyinə hələ aydınlıq gətirməyib.

Hafta.az xəbər verir ki,  “Aysor”un yaydığı məlumata görə, nəşr hökumətə yazılı sorğu göndərərək Paşinyanın mərasimdə iştirak edib-etməyəcəyinə aydınlıq gətirilməsini xahiş edib.

“Ermənistan Respublikasının Baş nazirinin ofisi baş nazir Nikol Paşinyanın bütün səfərləri haqqında müvafiq məlumat verir”, sorğuya  cavabda belə deyilib.

Xəbərdə bildirilir ki, bir neçə gün əvvəl “Aysor”un müxbiri Ermənistan Milli Assambleyasında baş nazirdən Rusiya Federasiyası prezidentinin andiçmə mərasimində və mayın 8-də keçiriləcək Avrasiya İqtisadi İttifaqının yubiley sammitində iştirak edib-etməyəcəyi ilə maraqlanıb.

Nikol Paşinyan bildirib ki, Aİİ sessiyasında iştirak məsələsi müzakirə olunur. Lakin Rusiya prezidentinin andiçmə mərasimində iştirakla bağlı sual cavabsız qalıb.

Siyasət rubrikasından digər xəbərlər