Paytaxt sakini bıçaqlandı

11:10 04.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hafta.az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü İsgəndərov Asif İsgəndər oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Yaralıya qarının və döş qəfəsin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. A. İsgəndərov cərrahi əməliyyat edilib. Faktla bağlı artıq polis əməkdaşlarına məlumat verilib.