Paytaxt sakini özünü bıçaqladı

11:38 02.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hafta.az  APA-ya istinadən  xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb. 

1964-cü il təvəllüdlü Məcidov Teymur Allahverdi oğlu evdə bıçaqla özünə xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.