Paytaxtda 9 otaqlı ev yandı

11:47 11.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 9 otaqlı evdə yanğın olub.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunda ümumi sahəsi 350 m² (hər mərtəbəsi 175 m²) olan ikimərtəbəli 9 otaqlı evin 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan qarajın yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.