Paytaxtın bu yollarında sürət həddi endirilib

09:05 25.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən hafta.az-a verilən məlumata görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər həmçinin meterioloji amilləri nəzərə alsınlar.