Pensiya ilə maaş arasında uçurum dərinləşir

10:42 04.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada təqaüdçü vətəndaşların gəlirləri ilə ölkədəki orta əməkhaqqı arasında fərq artmaqda davam edir.

Hafta.az-ın Rusiya Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına istinadən yazdığına görə, 2024-cü ilin mart ayında Rusiyada orta pensiya ölkə üzrə orta əməkhaqqından 76 faiz aşağı olub.

Məlumatlara diqqət çəkən “Nezavisimaya qazeta” “Təqaüdçülər islahatlara baxmayaraq yoxsullaşmağa davam edir” şərhini verib.

Rusiyada orta əməkhaqqı 2024-cü ilin martına 87700 rubl (970 dollar) təşkil edir. İnflyasiya nəzərə alınmaqla orta əməkaqqı hər il təxminən 23 faiz artıb.

Martda ölkədə illik inflyasiya 7,7 faiz olub.

Orta pensiya 20800 rubl (230 dollar) təşkil edir. Pensiya hər il nominal əsasda 7,5 faiz artdığı halda, bu göstərici üzrə real artım 0,2 faiz təşkil edib.

Epidemiyadan bir neçə il əvvəl ölkədə orta əməkhaqqı ilə pensiya arasındakı fərq 67 faiz civarında idi.