Pensiyalar bu tarixdə ödəniləcək

14:41 12.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublika üzrə pensiyaların martın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə hafta.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Qeyd edək ki, 2022-ci ilin 1 yanvar tarixindən etibarən qulluq stajına görə tətbiq olunan pensiya artımının yanvar, fevral ayları üçün olan artımı mart ayının pensiyası ilə birgə ödəniləcək.