Pensiyalarla bağlı son tarix

14:30 19.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Hafta.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.