Peru prezidenti Dina Boluarte ölkədə erkən seçkilərin 2024-cü ilin aprelində keçirilməsini təklif edib.
Boluarte ölkə xalqına göndərdiyi mesajda, "Cümhuriyyət Konqresi ilə ümumi seçkilərin 2024-cü ilin aprelinə təxirə salınması ilə bağlı razılığın əldə edilməsində liderlik etməyə qərar verdim" deyib.
Bildirilir ki, bundan əvvəl növbədənkənar prezident seçkilərinin keçirilməsini müdafiə edən bir qrup nümayişçi Perunun cənubunda hava limanının girişlərini bağlayıb. Aeroportun içərisində yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına kömək etmək üçün ölkənin paytaxtından gələn 150-yə yaxın polis əməkdaşı var.
Dekabrın 7-də Peru Konqresi parlament üzvlərinin üçdə ikisinin dəstəklədiyi prezident Kastillonun vəzifədən kənarlaşdırılması barədə qərar qəbul edib.