Peyvənd olunanların bugünkü STATİSTİKASI

17:40 22.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 217 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 791, buster doza üzrə vaksinasiya olunanların sayı isə 20 805 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 791 254, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 212 082, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 727 150, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 852 022 təşkil edir.

Oxunma sayı 45