Peyvənd olunanların sayı açıqlanıb

17:48 21.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 273 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 800, üç və daha çox doza vaksin vurduranların sayı 1 922, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 199 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 704 523, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 345 603, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 172, üç və daha çox doza vaksin vurduranların sayı 3 267 411, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 244 337 təşkil edir.

Oxunma sayı 41