Yazını böyüt
Yazını kiçilt
Avqustun 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1187 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 189, ikinci doza vaksinlərin sayı 199, üç və daha çox doza vaksinlərin sayı 691, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 108-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 857 min 111, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 373 min 253, ikinci mərhələ üzrə 4 milyon 862 min 494, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 362 min 453, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 258 min 911-dir.