Peyvəndlər “Omicron” ştammına qarşı nə dərəcədə dözümlüdür?

15:59 29.11.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Omicron, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən narahatlıq doğuran mutasiyalar siyahısına əlavə edilən beşinci variantdır. Onun əsas simptomlarına əzələ ağrısı, yorğunluq və yüngül öskürək daxildir. Omicron variantı indiyədək Belçika, Almaniya, Çexiya, İngiltərə, İtaliya, İsrail, Honq-Konq, Cənubi Afrika, Botsvana, Danimarka, Avstriya və Avstraliyada aşkar edilib.

Bəs görəsən, yeni mutasiyanın digərləri ilə müqayisədə yoluxuculuq qabiliyyəti nə cürdür? Ölkəmiz üçün real təhlükələr və virusun öldürücülük qabiliyyəti necədir?

Həkim-infeksionist Nicat Əzimli hafta.az-a bildirdi ki, ilk dəfə noyabr ayının 9-u 2021-ci il tarixində Cənubi Afrikada aşkarlanan bu variant 24 noyabr tarixinə qədər yüksək sürətdə yayılım göstərmiş və həmin ərazi üzrə 3 dominant variantdan birinə çevrilmişdir. Buna görə də, ÜST-ə bu haqda məlumat verilmişdir. Hazırda ÜST, bu variantı narahatlıq doğuran mutasiya olaraq klassifikasiya edir:

“İndiki məqamda Omikron variantı ilə əlaqədar dəqiq bilinən budur ki, yoluxma xüsusiyyəti öncəki variantlarla müqayisədə daha yüksəkdir. Xəstəliyin klinik gedişatında ağırlaşma və cari spesifik immunitetdən yayınma xüsusiyyəti isə araşdırılmaqdadır. Vaksin istehsalı ilə məşğul olan böyük şirkətlər isə bu varianta spesifik təkmilləşdirmə işlərinə başladıqlarını bildiriblər”.