Yazını böyüt
Yazını kiçilt
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.
Daxilli İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, tədbir zamanı Yasamal rayonu ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən bir nəfər müəyyən olunaraq saxlanılıb. Ona məxsus anbardan yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir.