Pirotexniki vasitələrlə bağlı əməliyyatlar davam edir

09:38 29.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqan rayonunda pirotexniki vasitələrin satışını təşkil edən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində piroxtexniki vasitələrin satışını təşkil edən şəxs müəyyən edilib. Həmin ṣəxsdən aşkarlanan pirotexniki vasitələr götürülüb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.