Piyadanı maşın vurub öldürdü

09:21 18.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabul rayonu ərazisində yük avtomobili tərəfindən piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hafta.az xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınan qəza zamanı ağır xəsarətlər alan piyada Asəf Cəbrayılov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.