Polis 24 nəfəri saxladı

14:58 30.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün törədilmiş 16 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, axtarışda olduğuna görə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.