Polis əməkdaşları hadisə yerinə səfərbər olublar - DİN-FOTO

22:17 28.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verib. Yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə səfərbər olublar.

Bu barədə hafta.az-a DİN-nin Mətbuat xidmətindən bildirilib.

“Polis və FHN əməkdaşları ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşınıb, işçilərin təxliyəsini təmin edilib. Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir”, - deyə məlumatda qeyd edilir.