Polis əməliyyat keçirdi - 16 avtoritet saxlanıldı

15:39 27.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan polisi noyabrın 26-da axşam saatlarında xüsusi əməliyyat keçirib.

Hafta.az xəbər verir ki, əməliyyat zamanı kriminal aləmin 10-dan çox nümayəndəsi saxlanılıb. Bu barədə Shamshyan.com məlumat yayıb.

Saxlanılanlar arasında adları müxtəlif cinayətlərdə keçən 16 nəfər “qanuni oğru” var.

Onlardan bəzilərinin adları da açıqlanıb. “Boqo” ləqəbli Ruben Kostanyan, “Alo” ləqəbli Aleksandr Makaryan, “Zap” ləqəbli Andranik Soqoyan, “Sevo” ləqəbli “qanuni oğru” Armen Manukyan, “Artem Kanevski”kimi tanına Artem Arutyunov, “Noratustsi Aro” ləqəbli Ara Banduryan və bir çox başqa şəxslər də hüquq-mühafizə orqanlarının əməkdaşlarının əlinə keçib.

Saxlanılan şəxslərin mənzillərində məhkəmənin qərarı ilə axtarışlar aparılıb, atıcı və kəsici-deşici silahlar, gülləkeçirməz jiletlər, patronlar müsadirə olunub.

Oxunma sayı 114