Polis məmuru 170 bilərzik oğurladı

11:08 28.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda polis məmuru Cumhur Yılmaz üzünü maska ilə örtərək zərgərlik mağazasına girib və 170 qızıl bilərzik oğurlayıb. Amma o, Diyarbəkirdə tutulub.

Hafta.az-ın yazdığına görə, hadisə şəhərin Rəşadiyə küçəsindəki Yılmaz Şərbətçiyə məxsus zərgərlik mağazasında baş verib.

O, gətirdiyi çantanı işçiyə verib və ondan qızılla doldurmasını istəyib. İstəyi yerinə yetirildikdən sonra silahı işçiyə tuşlayaraq onu yerə yıxıb, əllərini və ayaqlarını lentlə bağlayıb və 170 qızıl bilərzik olan çantanı götürərək qaçıb.

Polis qrupları Yılmazın polis məmuru kimi çalışdığı Diyarbəkirə qaçdığını müəyyən edib. O, dünən Ordu Vilayət Polis İdarəsi və Diyarbəkir Vilayət Polis İdarəsinin koordinasiyalı səyləri nəticəsində Diyarbəkirdə tutulub və polis bölməsindəki prosedurlardan sonra Fatsa Ədliyyəsinə göndərilib. Həmçinin məlum olub ki, Cumhur Yılmazın şəxsiyyəti soyğun zamanı zərgəri bağlamaq üçün istifadə etdiyi lentdə qoyduğu barmaq izləri ilə təsdiqlənib.

Evli və bir uşaq atası olan Yılmazın qızıl bilərzikləri hadisədən iki gün əvvəl kirayə götürdüyü evdə gizlətdiyi aşkar edilib.