Polis Pakistanın keçmiş baş naziri İmran Xanın evini mühasirəyə alıb

18:00 17.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın keçmiş baş naziri İmran Xan bildirib ki, polis onun evini mühasirəyə alıb. Bu barədə o, Twitter səhifəsində yazıb.

“Bəlkə də növbəti həbsimdən əvvəl yazdığım son tvitim. Polis evimi mühasirəyə aldı”, - Xan yazıb.

Keçmiş baş nazir videomüraciətində bildirib ki, Pakistan “məhv olmaq yolundadır”.

“Mən qorxuram ki, əgər bu gün müdriklik nümayiş etdirilməsə, biz hətta parçaları götürə bilməyəcəyimiz bir mərhələyə gələ bilərik” deyib.