Polislər sakinlərdən silah-sursat təhvil götürüblər

12:50 02.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat, 2 tapança, 4 patron darağı və 63 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.