Polşa Müdafiə Nazirliyi Belarusla sərhədə əlavə qoşun göndərməyə razılıq verib.
PAP dövlət xəbər agentliyi xəbər verir.
Sərhədi qanunsuz keçmə cəhdlərinin artması fonunda daxili işlər nazirinin müavini bazar ertəsi günü bildirib ki, Müdafiə Nazirliyindən sərhədə əlavə 1000 hərbçi göndərməyi xahiş edib.
"Polşa-Belarus sərhədindəki dinamik vəziyyətə görə... milli müdafiə naziri tələbin yerinə yetirilməsi və Polşa-Belarus sərhədində patrul xidməti üçün əlavə hərbçilərin təyin edilməsi barədə göstəriş verib", - PAP Müdafiə Nazirliyinin bəyanatından sitat gətirir.
Polşa Belarusla sərhəddə elektron mühafizə ilə təchiz edilmiş hasar çəkib.
Polşa mətbuatının yazdığına görə, “son həftələrdə sərhəd yaxınlığında “Vaqner PMC” qrupunun əsgərləri peyda olub, baş nazir Mateuş Moravetskinin sözlərinə görə, bu, NATO-nun şərq cinahında vəziyyətin sabitliyini pozmağa yönəlib”.