Poqba iki ildən sonra meydançaya qayıdır

09:56 20.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Monako"nun yarımmüdafiəçisi Pol Poqba Fransa Liqa 1-in 13-cü turunda "Renn"ə qarşı matçda meydançaya çıxacaq.

Hafta.az xəbər verir ki, bu barədə "L'Equipe" ​​məlumat yayıb.

Məlumata görə, bu, 32 yaşlı futbolçunun 26 aydan sonra ilk oyunu olacaq.

Poqba sonuncu dəfə 2023-cü ilin sentyabrında "Yuventus"un heyətində "Empoli"yə qarşı oynayıb.

Xatırladaq ki, futbolçu dopinq qadağası səbəbindən xeyli müddət yaşıl meydanlardan kənar qalıb və 2025-ci ilin yayında azad agent kimi "Monako"ya qoşulub.