Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun kapitalının artırılmasının zəruriliyini bildirib

15:19 23.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Özbəkistan birgə İnvestisiya Fondunun kapitalını artırmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı vurğulayıb: “İkitərəfli gündəliyi və üçüncü ölkələrə investisiyalarla çıxışı artıracağıq. Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik”.