Prezident İlham Əliyev bir sıra ölkələrə yeni səfirlər təyin edib

13:50 29.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici ölkələrdəki bir sıra səfirləri geri çağıraraq yerinə yenilərini təyin edib.

Hafta.az-ın məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə Bünyad Səməd oğlu Hüseynov səfir təyin edilib.

Prezidentin imzaladığı digər Sərəncamla Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Türkmənistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onu bu vəzifədə Qismət Füzuli oğlu Gözəlov əvəz edib.

Eyni zamanda, ölkə başçısının Sərəncamı ilə Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.